Millimizin baş məşqçisi əsas rəqibin adını açıqladı
13.02.2013 - 00:00
Millimizin baş məşqçisi əsas rəqibin adını açıqladı
“İkinci hissəyə nisbətən ilk yarıdakı oyunumuz daha yaxşı təsir bağışladı. Fasilədən sonra müəyyən qədər fərqli oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva deyib.

O, VI Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində Azərbaycan – Latviya (6:1) oyunundan sonra fikrilərini bildirib.

Da Silva bu turnirdəki yığmamızın əsas rəqibinin Belarus millisi olduğunu vurğulayıb:

“Ümumilikdə oyundan razı qaldım. Eyni zamanda, bu gün Özbəkistan yığmasını məğlub etmiş ikinci yığmamızı da qeyd etmək istərdim. Avropa çempionatının seçmə mərhələsi zamanı həmin heyətdən əsas milliyə bəzi oyunçular cəlb oluna bilər. Seçim imkanının geniş olması müsbət haldır. Bu turnirdəki əsas rəqibimizin Belarus yığması olduğunu düşünürəm”.