PSJ İbrahimoviçi itirdi
13.02.2013 - 02:45
Çempionların Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında Zlatan İbrahimoviç PSJ-yə kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna isveçli hücumçunun “Valensiya” ilə qarşılaşmada qırmızı vərəqə ilə cəzalanması səbəb olub.
O, matça əlavə edilmiş 1-ci dəqiqədə rəqib futbolçulara qarşı etdiyi kobudluqdan sonra oyunun baş hakimi tərəfindən qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, PSJ Çempionların Liqasının 1/8 final mərhələsinin ilk matçında səfərdə “Valensiya”nı 2:1 hesabı ilə məğlub edib.

0
0