“Real”ı məğlub etmək və “Barselona”nın uğurunun sirri
13.02.2013 - 03:56
Ard-arda Dortmund “Borussiya”sına Almaniya Bundesliqasını qazandıran baş məşqçi Yurgen Klopp “Real” və “Barselona” ilə bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı Xavi, İnyesta və Ronaldo kimi məşhur futbolçuları 3 yaşlı qızla tennis oynamaq qədər asan olduğunu bildirib.
O, hər iki komandanın futbolçularına maraqlı bənzətmələr edib: “Top rəqibdə olanda, pressinq tətbiq etməlisən, bütün oyunçuları bağlamalısan. “Real”da ötürmə verməyə adam olmayanda, top mütləq Pepeyə gələcək. Top Pepedə olanda isə onu əldə etmək ehtimalı çox yüksəkdir. Messi başqa planetdən yer üzünə futbol oynamağa göndərilib. “Barselona”nın heyətində Puyol kimi müdafiəçi, Buskets kimi yarımmüdafiəçi, İnyesta və Xavi kimi istedadlılar var. Hernandesin bir müsahibəsini oxumuşam. Jurnalist ondan futboldan nə vaxt gedəcəyini soruşur. Xavi isə “imkan verin topla oynamağın dadını çıxarım” deyə cavab verir. 20 ildir futbol oynayan bir insan, hələ də topla oynamağın dadını çıxarmaqdan bəhs edir. Qvardiola isə “Barselona” kimi bir klubda işləmək fürsəti əldə etdiyi üçün çox şanlıdır. Bu klub dünyanın ən yaxşı oyunçularından qurulub”.

0
0