Ancelotti: Komandam qələbəyə layiq idi
13.02.2013 - 04:24
Ancelotti: Komandam qələbəyə layiq idi
“Bizdə heç bir özünə arxayınlıq yox idi. Axı komandamızın üçüncü topu vurmaq imkanı var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri PSJ-nin baş məşqçisi Karlo Ançelotti deyib. O, Çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə “Valensiya” (2:1) ilə oyundan sonra açıqlama verib.

İtaliyalı mütəxəssis Paris klubunun qələbəyə layiq olduğunu bildirib:

“Nəticədə “Valensiya” qapımızdan qol keçirdi. Bu gün biz yaxşı futbol oynadıq. Komandam qələbəyə layiq idi. Lakin PSJ-ni irəlidə daha bir matç gözləyir. Onu deyə bilərəm ki, bu qarşılaşma, evdə bizə asan oyun olmayacaq”.