BOK rusiyalı idmançıdan Afina-2004-ün bürünc medalını qaytarmasını tələb etdi
13.02.2013 - 06:55
BOK rusiyalı idmançıdan Afina-2004-ün bürünc medalını qaytarmasını tələb etdi
Beynəlxalq Olimpiya Komitəsi (İOC) Ağır atletika üzrə 2004 Afina Olimpiya Oyunlarında bürünc medal qazanan rusiyalı Oleq Perepeçenovun mükafatını geri alacağını açıqlayıb. Apasport.az saytının məlumatına görə, buna kişilər arasında 77 kq çəki dərəcəsində mübarizə aparan idmançının qanında qadağan edilmiş maddənin (clenbuterol) aşkarlanması səbəb olub.

BOK Rusiya Olimpiya Komitəsindən Perepeçenovun qazandığı medalı yaxın günlərdə geri qaytarmasını tələb edib.

Qeyd edək ki, bürünc medalın yeni sahibi Afina Olimpiya Oyunlarında Türkiyəni təmsil edən Reyhan Arabacıoğlu olacaq. O, yarışda Oleqdən cəmdə 5 kilo az qaldıraraq 4-cü olmuşdur. Perepeçenov isə 365 kilo çəki ilə bürünc mükafatına yiyələnmişdir.