Toni Doblas “Xəzər Lənkəran”dakı debütünü şərh etdi
13.02.2013 - 15:24
Toni Doblas “Xəzər Lənkəran”dakı debütünü şərh etdi
“Azərbaycanda debütüm arzuladığım kimi alınmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın qapıçısı Toni Doblas deyib.

Topaz Premyer Liqasının XIX turunun “İnter”lə qarşılaşmasındakı debütü haqda fikirlərini açıqlayan Doblas bildirib ki, məqsədə çatmaq üçün çalışmaq lazımdır: “İnter”ə məğlubiyyətə görə ruhdan düşməməli və oynamağa davam etməliyik. Uğura nail olmaq üçün öz üzərimizdə çalışmalıyıq”.