“Xəzər Lənkəran” üçün 5 debütant
14.02.2013 - 10:10
Topaz Premyer Liqasının XIX turunun “İnter”lə oyunu 5 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, matça start heyətində çıxan Elnur Cəfərov, Antonio Doblas, Alvaro Silva və sonradan meydana daxil olanlar – Marin Orsuliçlə Uğur Pamuk “ağ-yaşıl” formada ilk rəsmi oyununu keçirib.
Bununla da klub tarixində formanı geyənlərin ümumi sayı 157-yə çatıb. Belə ki, bu oyunda Lənkəran təmsilçisində oynamaq 152 futbolçuya nəsib olmuşdu.
Mövsümün arxada qalan hissəsində daha 8 futbolçu “Xəzər Lənkəran”da debüt edib. Mövsümün ilk 18 turunda Ruslan Abışov, Orxan Sadıqlı, Ağabala Ramazanov, Kamran Abdullazadə, Andre Roberto “Beto”, Vanderson Skarduell, Dimitrios Sialmas və Akif Tağıyev bunu bacarıb. Bir sözlə, mövsümün debütantlarının sayı 13-ə çatıb.
İndiyədək milliləşənlər də nəzərə alınmaqla 92 legioner və 60 yerli oyunçu cənub klubunun şərəfini qoruyub. “İnter”lə 5 qolu vurulduğu matçdan (2:3) sonra bu siyahıya 4 legioner və 1 yerli əlavə olunub. Bununla da legionerlərin ümumi sayı 96-ya, yerlilərinki isə 61-ə çatıb.
İspaniyalılar Antonio Doblas və Alvaro Silva debüt etməklə “Xəzər Lənkəran” tarixində bu ölkə təmsilçilərinin sayını 3-ə çatıdırb. Onlara qədər Mario Rosas buna nail olmuşdu. Marin Orsuliç Roberto Alvizdən sonra 2-ci xorvatiyalı olub. Milliləşən Uğur Pamuk isə Almaniya futbolunun Lənkəranda ilk yetirməsidir.
Bununla da Almaniya “Xəzər Lənkəran”da təmsil olunan 34-cü ölkə olub: Rumıniya – 18, Braziliya – 12, Türkiyə - 9, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, İspaniya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Xorvatiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya – hərəsi 1.
Mənbə: lankaranfc.com

0
0