“Rubin” qazandı, “Hannover” uduzdu
15.02.2013 - 02:00
“Rubin” qazandı, “Hannover” uduzdu
Avroliqada 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qrupda mübarizə aparmış “Neftçi”nin kənarda qaldığı həlledici mərhələdə əsas diqqətimiz yığmamızın futbolçularının heyətlərində olan komandalara olacaq idi.

Belə ki, milliləşdirilən gənc müdafiəçi Əli Gökdəmiri qış fasiləsində əsas komandasına cəlb edən “Hannover” Rusiyada “Anji” ilə sınağa çıxıb. Düzdür, baş məşqçi Mirko Slomka belə matçlar üçün təcrübəsiz olan Əlidən yararlanmayıb.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Almanlar matça qolla başlasalar da, sonradan bu üstünlüklərini qoruya bilməyiblər – 3:1.

Millimizin digər müdafiəçisi Ruslan Abışovun adı isə Gökdəmirdən fərqli UEFA-ya göndərilən iştirak ərizəsində olmadığından, 1/16 finalda meydana çıxmaq hüququna malik deyildi. Hər halda, “Rubin” İspaniyanın Marbelye şəhərində hazırlığında iştirak etdiyi Abışovu Madridə “Atletiko” ilə oyuna aparmışdır.

Rusiya klubu son Avropa Liqasının qalibini 2:0 hesabı ilə məğlub edərək, cavab matçı öncəsi böyük üstünlük əldə edib.

Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Fənərbaxça”nı da postovet məkanı təmsilçisi ilə - Belarusda sınaq gözləyirdi. Bu, ÇL-nin qrupundan gələn, bir sıra güclü rəqiblərə başağrısı yaradan BATE idi. Lakin bu matçda qapılara qol vurulmayıb. Oyun 0:0 hesablı bərabərliklə yekunlaşıb.


14 fevral

“Zenit” (Rusiya) – “Liverpul” (İngiltərə) - 2:0
Qollar: Halk, 69, Semak, 72

“Anji” (Rusiya) – “Hannover” (Almaniya) - 3:1
Qollar: Eto’O, 34, Əhmədov, 48, Bussufa,64 - Huşti, 22

“Sparta” (Çexiya) – “Çelsi” (İngiltərə) - 0:1
Qol: Oskar, 82

“Levante” (İspaniya) – “Olimpiakos” (Yunanıstan) - 3:0
Qollar: Rios, 10, Barkero, 40-pen, Martins, 56

“Napoli” (İtaliya) – “Viktoriya” (Çexiya) - 0:3
Qollar: Darida, 28, Raytoral, 79, Teçl, 90

“Dinamo” (Ukrayna) – “Bordo” (Fransa) - 1:1
Qollar: Haruna, 20 - Obraniak, 23

“Bayer” (Almaniya) – “Benfika” (Portuqaliya) - 0:1
Qol: Kardoso, 61

BATE (Belarus) – “Fənərbaxça” (İtaliya) - 0:0

“Ayaks” (Hollandiya) – “Styaua” (Rumıniya) - 2:0
Qollar: Alderveyreld, 28, Van Rihiyn, 48

“Bazel” (İsveçrə) – “Dnepr” (Ukrayna) - 2:0
Qollar: Stoçker,23, Streller, 67

“İnter” (İtaliya) – ÇFR (Rumıniya) - 2:0
Qollar: Palasio, 20; 87

“Nyukasl” (İngiltərə) – “Metallist” (Ukrayna) - 0:0

“Ştutqart” (Almaniya) – “Genk” (Belçika) - 1:1
Qollar: Qentner, 42 - Plet

“Atletiko” (İspaniya) – “Rubin” (Rusiya) - 0:2
Qollar: Gökdəniz, 6, Orbaiz, 90+4

“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Latsio” (İtaliya) - 3:3
Qollar: Martin, 17-pen, Marks, 84-pen, Aranqo, 88 - Flokkari, 57, Kozak, 64; 90+3

“Tottenhem” (İngiltərə) – “Lion” (Fransa) - 2:1
Qollar: Beyl, 45, 90+3 - Umtiti, 55