Kosmin Kontra: Elhad Nəzirini bir daha sınayacağam
14.02.2013 - 11:34
“Zeta” ilə qarşılaşmada layiqli qələbə qazandıq. Fikrimcə, hesab daha böyük ola bilərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Petrolul” klubunun baş məşqçisi Kosmin Kontra deyib.
Antalyada təlim-məşq toplanışında olan “Petrolul”un çalışdırıcısı Çernoqoriyanın “Zeta” klubu ilə yoxlama oyunundakı 4:1 hesablı qələbəyə şərh verib: “Oyundan oyuna artırdığımız hiss olunur. Əvvəllər matçın gedişində yorğunluq hiss edirdiksə, indi tempi daha da artırırıq”.
Kontra baxışda olan və “Zeta” ilə matça start heyətində çıxıb, 74-cü dəqiqədə əvəzlənən Azərbaycan milli komandasının futbolçusu Elhad Nəzirinin taleyi ilə bağlı da danışıb: “Nəzirini növbəti yoxlama oyununda da sınayacağam. Bunu Bolqarıstan “Liteks”i ilə yoxlama matçında edəcəyəm”.
Qeyd edək ki, bu gün Larada keçiriləcək “Petrolul” – “Liteks” qarşılaşması Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

0
0