AFFA unikal hadisəyə münasibət bildirdi
14.02.2013 - 12:45
“Serjao hazırda millimizə cəlb olunmur. İndi vətəni Braziliyadadır və klubsuz olduğu üçün yığmadan kənarda qalıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev deyib.
Millimizin son illərdə uğurlu çıxışında böyük rolu olan, bombardirlik keyfiyyətləri ilə seçilən Serjao VI Bakı Beynəlxalq Futzal turnirində nə əsas, nə də ikinci yığmamızda yer alıb. Xudiyev bildirib ki, Ukraynanın “Uraqan” klubundan ayrıldıqdan sonra “Araz”a da lazım olmayan milliləşdirilən hücumçunun bu turnirə çağırılmağı məqsədəuyğun sayılmayıb.
Serjao ilə uzun illər “Araz” və “Uraqan”la yanaşı, yığmamızda da birgə oynamış Biro Jade isə hazırda turnirin iştirakçısıdır. Hərçənd, 40 yaşlı oyunçu Azərbaycan-2 komandasının baş məşqçisi kimi göstərilsə də, əsas yığmada meydana çıxır.
Xudiyev məsələyə belə aydınlıq gətirib: “Biro ikinci komandanın turnirə hazırlığında iştirak edib. Bu komandanın oyunlarında məşqçi Allahverdi Babayevdir ki, ona təcrübəli mütəxəssis Hacıbala Abdullayev yardım edir. Ancaq biz Birodan xidmətindən bir oyunçu kimi yararlanmaqda davam etməyi düşünürük. Bildiyiniz kimi, o, zədə üzündən uzun müddət oynamadı. Artıq bərpa prosesini tam başa vuraraq, meydana qayıdıb. Təcrübəli oyunçu kimi yığmamızda çıxışını davam etdirir. Yaşına gəlincə, turnirdə iştirak edən Belarus yığmasında 35, 41 yaşlı oyunçuların olduğunu görürük. Bironun fiziki hazırlığı baş məşqçini qane edir”.
Həmsöhbətimiz millidə yeni braziliyalı oyunçu Eduardo Melonun sınandığını bildirib: “O, hələ 2010-cu ildə ölkəmizə gələrək, “Neftçi”də oynayıb. Sonradan 6 aylıq vətəninə qayıtmışdı. Yaxında Azərbaycana qayıdan futzalçı bu dəfə “Araz”ın şərəfini qoruyur. Onun bu turnirdə yığmamıza cəlb olunaraq, seçmə mərhələyə qədər yoxlanılmağı qərara alınıb”.
Qeyd edək ki, Melo və Jade millimizin Latviyaya 6:1 hesabı ilə qalib gəldiyi oyunda hərəyə 1 qol vurublar.
Mehman SÜLEYMANOV

0
0