Azərbaycan millisi üçün Səmədli
14.02.2013 - 14:55
Azərbaycan millisi üçün Səmədli
VI Bakı Beynəlxalq Futzal Turnirində qrup mərhələsinin son oyunlarının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, turnirin finalçıları Elçin Məmmədovla Elçin Səmədlinin idarə edəcəyi qarşılaşmalarda məlum olacaq. Sonuncu Azərbaycanın əsas millisinin Moldova ilə matçına təyinat alıb.

16:30. Belarus - Özbəkistan
Hakimlər: Elçin Məmmədov, Ramil Namazov, Azər Əsgərov

18:30. Moldova - Azərbaycan
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Ramiz Məhərrəmov