“Lənkəranda söyüləcəyimə inanmıram” - MÜSAHİBƏ
15.02.2013 - 00:01
“Turan” klubunun kapitanı Kamal Bayramovun apasport.az saytına müsahibəsi
- “Bakı” ilə XVI turdan təxirə salınmış görüşdə üzləşdiyiniz 0:4 hesablı məğlubiyyəti nə ilə izah edərdiniz?
- İlk hissədə normal oynadıq. Ancaq ikinci hissədə buraxdığım səhv və hardasa küləyin də təsiri özünü göstərdi. Meydan amili də öz sözünü dedi. Tovuzda oynasaydıq, 3 xal qazanardıq.
- Səhvinizi nə ilə əlaqələndirirsiniz?
- Oyun praktikasının azlığı ilə. Son 2 ildə 9-10 dəfə oynamışam. İnşallah, gələcək turlarda hər şey öz yerini tutacaq. Artıq meydanda qapını tam hiss edirəm, yavaş-yavaş özünəinamım artır.
- Əvvəl oynadığınız “Turan”la indiki arasında hansı fərqi görürsünüz?
- O vaxt komandada yerli futbolçular çox idi. Hətta elə olub ki, meydana 9-10 tovuzlu futbolçu ilə çıxmışıq. Amma indi yerlilər azdı. Əvvəlki dövrlə müqayisədə bu il komandanın maliyyə durumu yaxşı deyil.
- “Turan”a qayıdandan sonra kapitan sarğısı sizə həvalə olundu. Kapitan bundan sonra çempionatda nəyə ümid edir?
- “Altılıq” mübarizəsində şansımız azdır. Bizim büdcəmiz hara, “altılıq”da oynayan klubların hara? Bu gün rəhbərliyin məqsədi gələn il üçün sabit komanda hazırlamaqdır.
- Cari mövsümdə hansı yerə iddialısınız?
- 7-8-ci yerlər. Turnir cədvəlinə uşaq da baxsa görər ki, “Xəzər Lənkəran”la “Bakı”nı qabaqlamağımız çox çətindir.
- “Xəzər Lənkəran”da əvəzləyicisi olduğunuz Kamran Ağayev indi “Bakı”da olduğundan, onunla bu dəfə rəqib idiniz. Ağayevlə görüşüb, söhbət etdinizmi?
- Kamran artıq çəkisinin olduğunu söylədi. Dedi ki, formaya düşəndən sonra gələcək oyunlarda şans verilsə, özünü sübut etməyə çalışacaq.
- Növbəti turda komandanızı Lənkərana çətin səfər gözləyir. “Xəzər Lənkəran”la matç şəxsən sizin üçün hansısa prinsipial xarakter daşıyacaqmı?
- Mənim “Xəzər Lənkəran”la hansısa prinsipim yoxdur. Dünən Lənkəranda idimsə, bu gün Tovuzdayam. Onda “Turan”a rəqib idim, indi “Xəzər Lənkəran”a. Lənkərana qələbə üçün gedəcəyik.
- Ancaq qalib gəlməyiniz çox çətin olacaq. Üstəlik, komandanız 0:4 hesablı ağır yenilgidən sonra psixoloji durumu yüksəldib, oyuna necə yaxşı köklənə bilər?
- Aydın məsələdir ki, belə məğlubiyyətdən sonra psixoloji durum yaxşı olmur. Sadəcə, Lənkəran klubunun oyunlarını izlədik, təhlil etdik və deyə bilərəm ki, rəqib də yaxşı durumda deyil. Yeni transferləri hələlik istədikləri nəticəni qazanmaqda kömək edə bilmirlər.
- Keçmiş komandanızı 6-cı yer uğrunda mübarizədə şanslı sayırsınız?
- Həmin pillə uğrunda mübarizə “Xəzər Lənkəran” və “Bakı” arasında gedəcək. Kim qarşıdakı matçların hansısa birində büdrəsə, “altılıq” şansını tam itirəcək.
- Lənkəranlı azarkeşlər qarşısında oynamaq rəqiblər üçün ilk növbədə psixoloji planda asan olmur. Bu haqda nə düşünürsünüz? Sizi Lənkəranda necə qarşılayacaqlar?
- Mən Lənkəran stadionunda keçirilən oyunda iştirak etmişəm, azarkeşlərinə öyrəşmişəm. Oynadığım müddətdə “Xəzər”ə o qədər xeyrim dəyməsə də, azarkeşlər arasında mənliyimi heç vaxt itirməmişəm. Lənkəranda söyüləcəyimi düşünmürəm. Ola bilsin top məndə olanda rəqib kimi fitə bassınlar. Çünki ora rəqib kimi getdiyimdən, belə şeylər ola bilər.
Mehman SÜLEYMANOV

0
0