“Kəpəz” “Rəvan”la oyuna hazırdı
14.02.2013 - 22:56
“Kəpəz” “Rəvan”la oyuna hazırdı
Sabah əvəzedici komandalar arasında XX turun oyunları çərçivəsində “Rəvan”la qarşılaşacaq “Kəpəz” matç öncəsi son məşqinə çıxıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, baş məşqçi Mehman Hacıyev yetirmələrini oyunqabağı çox yormayıb. Təxminən 45 dəqiqə davam edən hazırlıq yüngül xarakter daşıyıb. Gənc futbolçular əsasən dar sahədə top saxlama və qapıya zərbələr üzərində çalışıblar. Məşq iki tərəfli oyunla tamamlanıb.