Joze Alesio Da Silva: İndi qalib gəlmək qalır
15.02.2013 - 00:30
“Oyundan-oyuna daha yaxşı təsir bağışlayırıq. İnkişaf var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva deyib. O, VI Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində keçirilən Azərbaycan – Moldova (6:1) oyunundan sonra fikirlərini bildirib.
Da Silva yığmamızı qarışda çətin qarşılaşma gözlədiyini vurğulayıb: “Komandanın hazırlığı pis deyil. Rəqibə gəlincə, Moldova yığması gənc və yaxşı komandadır. Aqressiv oynadılar. Qarşıda Belarus yığması ilə final oyunumuz var. Çətin oyun olacaq. Finalda belaruslu futzalçılarla oynayacağımızı ehtimal edirdik. İndi qalib gəlmək qalır”.

0
0