“Millimizdə nəsildəyişmə prosesi gedir”
15.02.2013 - 00:38
“Rəqibimiz güclü idi. Azərbaycan millisinə qarşı bacardığımız kimi oynadıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moldova yığma komandasının baş məşqçisi Vladimir Vusati səsləndirib. O, VI Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində millimizə 6:1 hesabı ilə məğlubiyyətdən sonra açıqlama verib.
Vusati komandasında nəsildəyişmə prosesinin getdiyini ifadə edib: “Komandamız gəncdir, bəzi oyunçular həyəcanlı idi. Millimizdə nəsildəyişmə prosesi gedir. Ötən seçmə mərhələdə oynayan futzalçılardan indiki heyətdə cəmi dörd oyunçu qalıb”.

0
0