Viktor Qonçarenko məyusdur
15.02.2013 - 03:55
Viktor Qonçarenko məyusdur
“Rəqibimizin qırmızı vərəqə alması bizim üçün üstünlük ola bilərdi. 10 nəfərlə mübarizə edən “Fənərbaxça”ya qarşı 11 futbolçumuz var idi. Çox təzyiq də yox idi. Gözəl oynadıq. Amma təəssüf ki, bərabərə qaldıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri BATE-nin baş məşqçisi Viktor Qonçarenko deyib. O, Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyun günündə evində “Fənərbaxça” ilə 0:0 hesablı heç-heçədən sonra təşkil edilən mətbuat konfransı keçirib.

Qonçarenko “sarı bülbüllər”in qarşısında sürətli oynaya bilmədikləri üçün qol vurmaqda çətinlik çəkdiklərini ifadə edib: “İstanbulda bizim ən əhəmiyyətli üstünlüyümüz, mənə görə qələbə istəyimiz olacaq. Bir həftə hazırlaşmağa vaxtımız var. Ümid edirəm ki, ikinci matç bizim üçün daha yaxşı olar”