“Kəpəz” son məşqinə bir əskiklə çıxacaq
15.02.2013 - 04:44
Çempionatın XX turu çərçivəsində “Rəvan”la qarşılaşacaq “Kəpəz” oyun öncəsi son məşqini bu gün keçirəcək. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, hazırlıq prosesi matçın reallaşacağı “Dalğa Arena”da baş tutacaq.
Saat 11:00-da startı veriləcək son məşqdə baş məşqçi Mahmud Qurbanovun yetirmələrini çox da ağır çalışmalarla yükləməyəcəyi gözlənilir.
Qeyd edək ki, Emin Əliyev istisna olmaqla, Gəncə təmsilçisində zədəli futbolçu yoxdur.

0
0