UEFA “Fənərbaxça” ilə bağlı qərarını verdi
15.02.2013 - 06:28
UEFA “Fənərbaxça” ilə bağlı qərarını verdi
“Fənərbaxça”ya UEFA-dan rədd cavabı gəlib. Apasport.az saytının məlumatına görə, İstanbul klubu ali futbol qurumuna Avroliqada bir ev oyununu azarkeşsiz keçirməsi ilə bağlı etiraz etmişdir.

Lakin UEFA “Fənərbaxça”nın şikayət ərizəsinə baxaraq, “sarı bülbüllər”ə rədd cavabı verib. Beləliklə, İstanbul klubu “Şükrü Sərəcoğlu” stadionunda Avropa Liqasının 1/16 final mərhələsinin cavab matçında Belarus BATE-si ilə qarşılaşmanı boş tribuna önündə keçirəcək.

Qeyd edək ki, “Fənərbaxça” bu cəzanı Avropa Liqasının qrup mərhələsində “Borussiya” (Mönhenqladbax) ilə oyunda komandanın azarkeşlərinin stadionda çıxardığı problemlər səbəb olmuşdur.