Yığmamızın futbolçusu “Petrolul”da 2-ci matçını keçirdi
15.02.2013 - 09:21
Azərbaycan milli komandasının futbolçusu Elhad Nəziri baxışda olduğu Rumıniya “Petrolul”unda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı müdafiəçimiz Bolqarıstan “Liteks”i ilə yoxlama matçında meydana çıxıb.
Müqavilə ilə Moldova “Milsami”sinə məxsus olan Elhad Türkiyənin Antalya şəhərindəki görüşün 75-ci dəqiqəsində meydana daxil olub. Oyun 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Nəziri bundan 1 gün əvvəl “Zeta” (Çernoqoriya) ilə matçda da iştirak etmişdi. O, 4:1 hesabı ilə qalib gəldikləri görüşə start heyətində çıxaraq 74 dəqiqə çıxış etmişdi.

0
0