Kontra Nəzirinin oynadığı matçdan danışdı
15.02.2013 - 11:46
Kontra Nəzirinin oynadığı matçdan danışdı
“Biz güclü rəqiblə qarşılaşdıq. Çətin oyun oldu”. Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın “Petrolul” klubunun baş məşqçisi Kosmin Kontra deyib.

Dünən “Petrolul” Antalyada keçirdiyi yoxlama matçında Bolqarıstanın “Liteks” klubu ilə gücünü sınayıb. 1:1 hesabı ilə başa çatan matçda milli komandamızın üzvü Elhad Nəziri də sınaqdan keçirilib. Futbolçumuz 75-ci dəqiqədə Mərkəzi Afrika Respublikasından olan müdafiəçi Manasse Enza-Yamissini əvəzləyib.

Bundan öncə Çernoqoriya “Zeta”sına qarşı 74 dəqiqə meydanda olan Nəzirinin taleyinə məhz bolqarlarla matçda aydınlıq gəlməli idi. Ancaq Kontra oyunla bağlı danışarkən, futbolçumuz haqda bir söz deməyib: “Komanda oyundan oyuna artırır. Fikrimcə, biz düzgün yoldayıq. “Styaua” ilə matçda aqressiya yüksək dərəcədə olacaq”.

Qeyd edək ki, “Petrolul” bazar günü Türkiyədə son yoxlama oyununu Serbiya “Styaua”sına qarşı keçirəcək.