Qonşuların vəsiqə, “qardaşlar”ın revanş, cənubda qələbə arzusu
15.02.2013 - 12:28
Qonşuların vəsiqə, “qardaşlar”ın revanş, cənubda qələbə arzusu
Sabah Topaz Premyer Liqasında XX turun görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, maraqlı qarşılaşmalarla zəngin olacaq tur “altılıq” mübarizəsində müəyyən məqamlara aydınlıq gətirə bilər.

Şənbə günü əsas diqqət “Bakı” – AZAL matçına yönələcək. Belə ki, paytaxt derbisinin iştirakçıları turnir cədvəlində qonşudurlar. “Təyyarəçilər” xalları bərabər olan “zolaqlılar”ı şəxsi oyunda üstələyir. Deməli, “Bakı” qalib gələrsə, həm bu geriliyi aradan qaldıracaq, həm də rəqibini 3 xal qabaqlayacaq. Vacib matçda uduzan komanda 6-cı yeri tutaraq, həlledici mərhələyə düşmək şansını azaldacaq.

Turnir cədvəlinin sonlarında qərarlaşan “Rəvan”la “Kəpəz” yenə paytaxtda qarşı-qarşıya gələcək. Gəncə şəhər stadionunda yenidənqurma işləri getdiyindən, yerli komanda cari mövsümün sonuna kimi rəqiblərini “Dalğa Arena”da qəbul edəcək. Həmin stadionda isə “Rəvan” vaxtilə ev oyunlarını keçirib.

“Qarabağ”la “Sumqayıt” cari mövsümün ən məhsuldar ilk oyununun iştirakçısı oldular. III dövrədə rəqibini darmadağın edən ağdamlıların qələbə şansı yenə çoxdur.

Turun mərkəzi görüşləri bazar günü baş tutacaq. “İnter” cari çempionatda ilk məğlubiyyətini aldığı “Qəbələ”ni qonaq edəcək. “Bankirlər” rəqibdən fərqli, artıq “altılığ”a vəsiqəni rəsmiləşdiriblər. Ancaq vahid liderliyini qorumaq üçün mütləq 3 xal qazanıb, ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq lazımdır. “Qəbələ”nin çətin oyunları qalıb və “altılığ”a vəsiqə uğrunda hər xal qızıla bərabərdir.

Zaqatalada turnir cədvəlində qonşular üz-üzə gələcək. “Simurq” 2-ci pilləni bu həftə onun əlindən alan “Neftçi”ni qonaq edəcək. Zaqatala təmsilçisi çempiona qalib gələrsə, “ağ-qaralar”ı yenidən arxada qoyub, şəxsi oyunlardakı vəziyyəti də düzəldəcək. “İnter”in büdrəməyini gözləyən “Neftçi” isə artıq bu tur şərlikli lider ola bilər.

“Xəzər Lənkəran” - “Turan” qarşılaşmasında birincilər aşkar favoritdir. Bu il 2-ci oyununu da evdə keçirəcək cənub təmsilçisi debütdə “İnter”ə uduzmaqla, “altılıq” mübarizəsində işini bir qədər çətinləşdirdi. Bu mənada “Turan” üzərində qələbə çox vacibdir.

16 fevral

14:00. “Bakı” – AZAL
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Azər Əsgərov, İnqilab Məmmədov
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu
İlk dövrədəki oyun – 1:2

15:00. “Kəpəz” – “Rəvan”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov
Bakı. ”Dalğa Arena” stadionu
İlk dövrədəki oyun – 2:1

16:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Coşqun Həsənov, Elvin Əsgərov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 6:2

17 fevral

15:00. “İnter” – “Qəbələ”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Namiq Hüseynov, Rauf Cabbarov
Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 0:1

16:00. “Xəzər Lənkəran” – “Turan”
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Ömər Paşayev
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 1:2

17:00. “Simurq” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 1:2

komandaoqhmtx
1
İnter
19
10
7
2
22-9
37
2
Neftçi
19
11
2
6
40-22
35
3
Simurq
19
9
7
3
24-12
34
4
Qarabağ
19
8
8
3
24-17
32
5
Qəbələ
19
8
5
6
22-19
29
6
Xəzər L
19
6
6
7
26-21
24
7
AZAL19
5
8
5
23-22
23
8
Bakı
19
4
11
4
20-14
23
9
Sumqayıt
19
5
6
8
18-33
21
10
Turan
19
5
5
9
19-28
20
11
Rəvan
19
5
4
10
18-31
19
12
Kəpəz
19
2
3
14
11-39
9

Bombardir: Nikolas Kanales (Neftçi) - 18