“Zəif”in zəif təsəllisi
15.02.2013 - 16:25
“Zəif”in zəif təsəllisi
“Bizimlə eyni qrupda mübarizə aparmış “Rubin” və “İnter”in oyunlarını izlədim. Hər 2 klub qazandıqları qələbə ilə yarışdakı iddialarını nümayiş etdirdilər”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

“Zəif” ləqəbli çalışdırıcı “ağ-qaralar”ın Avropa Liqasındakı rəqiblərinin çıxışlarına münasibət bildirib: “Qrupumuzdan növbəti mərhələyə vəsiqə qazanmış “Rubin” səfərdə Madrid “Atletiko”sunu məğlub etdi. İspaniya komandasının gücündən danışmaq artıq olar. Belə yarımmüdafiə və hücum xətti olan komanda “Rubin”lə görüşdə fərqlənə bilmədi. “İnter” də elə ilk oyunda cütün taleyini demək olar həll etdi. Bu həmin “İnter”di ki, “Neftçi” onunla səfər matçinda 2:2 hesablı heç-heçəyə nail olmuşdu. Hətta mən deyərdim ki, İtaliya təmsilçisi yarışın favoritidir. İndi soyuq başla müqayisə edəndə görünür ki, biz hansı gücdə olan rəqiblərlə qarşılaşmışıq və layiqli mübarizə aparmışıq”.

Qeyd edək ki, “Rubin” “Atletiko”ya, “İnter” ÇFR-ə 2:0 hesabı ilə qalib gəlib.

Mənbə: neftchipfk.com