Cahangir Həsənzadə: Nə etmək olar, bu da bir tarixdir - MÜSAHİBƏ
15.02.2013 - 16:45
AZAL-ın kapitanı Cahangir Həsənzadənin apasport.az saytına müsahibəsi
- Sabah Topaz Premyer Liqasının XX turu çərçivəsində “Bakı” ilə qarşılaşacaqsınız. Oyuna hazırlığınız necə keçdi?
- Hər bir komandaya olduğu kimi, ciddi hazırlaşırıq. Ruhdan düşməyə səbəb yoxdur. Əsas oyunlarımız hələ qabaqdadı. Fikrimcə, “altılığ”a düşmək iqtidarındayıq.
- “Neftçi” ilə təxirə salınmış görüşdə uduzmaqla, 6-cı pillədəki “Xəzər Lənkəran”ı keçmək şansınızı qaçırdınız. Bu, psixoloji gərginlik yaratmır?
- Əlbəttə, həmin qarşılaşma bizim üçün çox əhəmiyyətli idi. Matç göstərdi ki, komandamızda oyun var, sadəcə, nəticəni qazana bilmədik. Ancaq “altılığ”a düşmək vəzifəsini yerinə yetirə bilərik. İnanıram ki, qarşıdakı oyunlarda lazımi nəticəni əldə edəcəyik.
- 6-cı yer uğrunda AZAL-la yanaşı, “Xəzər Lənkəran” və “Bakı” mübarizə aparır. Hansı komandanı daha şanslı sayırsınız?
- Hamının şansı eynidir. Hər biri “altılığ”a düşməyə çalışır və sonadək mübarizə aparacaq. Biz qalan 3 oyunumuzu udsaq, “altılığ”a düşə bilərik.
- “Xəzər Lənkəran”dan AZAL-dan 1 xal qabaqda olduğu üçün daha şanslıdır. Yəni, bu komanda qalan 3 matçda qalib gəlsə, qazandığınız qələbələrin mənası olmayacaq...
- Elədir. Ancaq biz ilk növbədə öz oyunumuzu fikirləşməliyik. Yəni, “altılığ”a düşmək üçün rəqibin xal itkisini gözləməməliyik. Maksimum xal toplamalıyıq ki, ümidlər puç olmasın.
- Bəs təqvim hansı komanda üçün daha münasibdir?
- Təqvimi elədir ki, komandaların ev oyunları da var, səfər matçları da. 11 rəqibimiz var və onların hamısı ilə oynadığımızdan güclərini bilirik. Azərbaycan çempionatında zəif, asan keçiləsi komanda yoxdur.
- AZAL mövsümə yaxşı başlamışdı, çempionatın startında liderlər qrupunda idi. Ancaq sonradan bir sıra oyunlarda xal itkiləri ilə işinizi çətinə saldınız...
- Sizinlə razıyam. Komandamızın çıxışına baxsaq, bəzi oyunlarda çox sadə vəziyyətlərdə xal itkisinə yol verdik. Ancaq nə etmək olar, bu da bir tarixdir. Çalışacağıq ki, qalan oyunlarda bunun əvəzini çıxıb “altılığ”a düşək.
- Komandanız ölkə kubokunda çıxışını dayandırıb. “Altılıq”dan da kənarda qalsanız, mövsümün qalan hissəsində hansı motivasiya ilə oynayacaqsınız?
- Hələ bu haqda düşünmək istəmirəm. Hazırda şansı olduğundan, böyük motivasiyamız var. İlkin mərhələdən sonra turnir cədvəlində yerlər müəyyənləşəcək və harada mübarizə aparmalı olduğumuzu biləndə gələcək çıxışımız haqda düşünəcəyik.
- Qış fasiləsində heyətində böyük dəyişiklər edən “Bakı”nın hazırkı durumunu necə dəyərləndirərdiniz?
- “Bakı” fasilədə çoxlu transfer, heyətində köklü dəyişiklər edib. “Sumqayıt”la oyunda heç-heçə edəndən sonra “Turan” üzərində inamlı qələbə qazandı. “Altılığ”a düşmək üçün var gücü ilə çalışıb, nəticə qazanmaq istəyir.
- AZAL-ın kapitanı olsanız da, həmişə əsas heyətdə yer almırsınız. Bu, sizi narahat etmir?
- Yox, mənim üçün problem deyil. Komandanın vitse-kapitanlarından biri idim və Aqil Nəbiyevin gedişindən sonra kapitan seçildim. Ancaq kapitan olsam belə, ehtiyatda da ola bilərəm. Heyəti baş məşqçi müəyyənləşdirdiyindən, buna normal baxıram.
- Yeri gəlmişkən, 6 il AZAL-da oynayan Aqil qış fasiləsində “Bakı”ya keçdiyindən sizə rəqib olacaq...
- Düşünmürəm ki, bu amil oyuna qeyri-adi rəng qatsın. Şəxsən mənim üçün fərq etmir ki, keçmiş komandama qarşı oynayıram, yaxud başqasına. Sabiq klubumla oyun mənim üçün qeyri-adi matç olmur.
Mehman SÜLEYMANOV

0
0