“Kanalesə xüsusi diqqət lazımdır” - MÜSAHİBƏ
15.02.2013 - 18:20
“Simurq”un baş məşqçisi Georgi Çixradzenin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XX turunda “Neftçi” ilə qarşılaşacaqsınız. Son 2 mövsümün çempionu ilə görüş haqda nə düşünürsünüz?
- Bu dəfəki qarşılaşma ilk dövrədəkindən fərqli olacaq. Çünki artıq hər 2 komanda “İnter”lə birlikdə “altılıq”da vəsiqəni təmin edib. Artıq həlledici mərhələ üçün xal hesabımızı artırmağı düşünürük. Bu üzdən də oyun çox vacibdir.
- “Neftçi” ilə oyunlarınız uğursuz alınır. “Simurq” həmişə bu rəqibi udmaqda çətinlik çəkib...
- Mənim üçün keçmiş yalnız tarixdir, əhəmiyyət kəsb etmir. Vacib olan qarşıdakı oyundur. Bu da ki, “Neftçi” ilə matçdır. Elə biz də yalnız bu oyunu düşünürük.
- Qış fasiləsindən sonra “Simurq”dan fərqli, “Neftçi” 1 deyil, 2 oyun keçirib. Yəqin ki, bu matçları da izləmisiniz. Rəqib sizdə hansı təəssürat yaradıb?
- “Neftçi” balanslaşmış heyətə malikdir, güclü oyunçular var. Necə yaxşı komanda olduğunu son 2 ildə çempion olmaqla, Avropa Liqasının qrupuna düşməklə sübut edib. Lakin indi mövsümün ikinci hissəsi yeni başlayıb. Biz də çalışacağıq ki, vacib 3 xal əldə edək.
- Çempionatın ən məhsuldar hücumçusu Nikolas Kanales 2013-cü ildə də qollarını sıralamaqda davam edir. Çilili hücumçunun qarşısını almaq üçün hansısa tədbirlər görəcəksiniz?
- Kanales kifayət qədər səviyyəli futbolçudur. Cənubi amerikalı elə futbolçulardandır ki, ona qarşı xüsusi diqqət ayırmaq lazımdır. Biz də bunu qarşıdakı görüşdə nəzərə alacağıq.
- Komandanızın qarşısına ilkin vəzifə kimi “altılığ”a düşmək tapşırığı qoyulmuşdu. Artıq bunun öhdəsindən gəlmisiniz. Bəs indi hədəfiniz nədir: Avrokuboklara vəsiqə, yoxsa daha yüksək hədəf?
- Sözün düzü, rəhbərliklə bu haqda söhbətimiz olmayıb. Onlar bizə “altılıq” vəzifəsi qoymuşdular. Yəqin ki, son 3 oyunumuzu gözləyirlər. Bundan sonra görüşüb final mərhələsi üçün məqsədimizi müəyyənləşdirəcəyik. Həmin vaxtadək isə mümkün qədər xal toplamalıyıq.
- “Neftçi” ilə oyunda kapitanınız Rasim Ramaldanov da komandaya kömək etməyəcək. Onun cəzalı olması nə dərəcədə çətinlik yaradacaq?
- Əslində, biz elə balanslaşmış heyət qurmuşuq ki, Rasimin yoxluğu hiss olunmamalıdır. Düzdür, o qədər də çox futbolçumuz yoxdur. Lakin hər mövqedə rəqabət var. İstənilən oyunçunun cəzalı və ya Allah eləməsin zədəli olması, istənilən formadan uzaq düşəcəyi halda həmin mövqedə çıxış edə biləcək futbolçumuz var.

0
0