“Turan”da vəziyyət çox pisdir” - MÜSAHİBƏ
16.02.2013 - 00:01
“Turan”ın yarımmüdafiəçisi Ender Günlünün müsahibəsi
- “Xəzər Lənkəran”la oyunöncəsi komandada ab-hava necədir?
- Yaxşı deyil, problemlər var. Çox çətindir. Çalışırıq ki, toparlanıb uğursuz oyunlar seriyasına son qoyaq.
- Problem deyəndə nəyi nəzərdə tutursuz?
- Qış fasiləsində bir neçə futbolçumuz komandadan ayrıldı. Yeni gələnlər isə onların yaratdığı boşluqları doldura bilmirlər. Bir-birimizi yaxşı tanımırıq. Meydanda anlaşma zəifdir. Üstəlik, yaxşı hazırlıq keçə bilmədik. Heç normal yoldaşlıq oyunlarında da meydana çıxmadıq. Bütün bunlar ciddi problemlərdir və indi özünü büruzə verir.
- “Turan” oyuna hansı stadionda hazırlaşıb?
- Dövlət Yol Polisinin stadionunda gündə bir dəfə məşq edirik.
- Komanda eniş var. Bəzi futbolçular imkanlarından aşağı səviyyədə çıxış edirlər. Bunun səbəbi nədir?
- Bəli, həm oyunumuz, həm də nəticələrimiz pisdir. Səbəbinə gəldikdə, heyəti qoruya bilməməyimiz başlıca rol oynadı. Əgər komandanı olduğu kimi saxlaya bilsəydik, bu gün “Turan” ilk “altılığ”a düşmək uğrunda mübarizə aparardı. Komandada münasibətlər də əla idi, bir-birimizi asan başa düşürdük. İndi vəziyyət çox pisdir.
- Konkret desək, həm Salif Ballo, həm də siz əvvəlki kimi oynamırsınız.
- Yeni gələn oyunçularla meydanda bir-birimizi başa düşmürük. Həm də qışda yaxşı məşq edə bilmədik. Digər komandalar Antalyaya yollandılar. Orada yaxşı meydançalarda hazırlıq keçdilər, güclü rəqiblərlə yoldaşlıq oyunlarında güclərini sınadılar. “Turan”da isə vəziyyət göz qabağındadır.
- Sabah qarşılaşacağınız “Xəzər Lənkəran” haqda nə deyə bilərsiz?
- “Xəzər Lənkəran”da da problem var. Qış fasiləsindən sonra keçirdikləri ilk oyunda məğlub oldular. Heyətlərinə yeni futbolçular cəlb ediblər ki, onların da uyğunlaşması üçün zamana ehtiyac var. Bu da istər-istəməz müəyyən problemlərin yaranmasına səbəb olur. Bizimlə oyunda “Xəzər Lənkəran” meydana ancaq qələbə üçün çıxacaq. Çünki ilk “altılığ”a düşmək istəyir. Turnir cədvəlində isə qarışıqlıq yaranıb.
- “Turan”ın qələbə qazanmaq üçün şansı varmı?
- Bizim üçün çox çətin olacaq. Komandamız çox zəifdir. Həm də “Xəzər Lənkəran”ın yaxşı azarkeşləri var. Onlar da bizim üzərimizdə təzyiq yaratmağa çalışacaqlar. Ancaq futbolda hesabı əvvəlcədən proqnozlaşdırmaq olmur. Şansımızı dəyərləndirə bilsək, müsbət nəticəyə ümid etmək olar.
- Klub rəhbərliyi uğursuz oyunlardan sonra komanda ilə görüşübmü?
- Hələ yox.
- Yeri gəlmişkən, komanda mövsümün sonuna qədər ev oyunlarını Bakıda keçirəcək. Yenə əvvəllər azarkeş baxımından problem yox idi. Bəs boş tribunalar qarşısında oynamaq çətin olmayacaq?
- “Bakı” ilə ev oyunumuzu “Dalğa Arena”da keçirdik. Tribunalar tamamilə boş idi. Sanki həmin gün rəsmi yox, hansısa yoldaşlıq oyunu keçirilirdi. Yenə Tovuzda bu baxımdan vəziyyət yaxşı idi. Rəqiblərimiz Tovuza gələndə, azarkeşlərimizdən çəkinirdilər.

0
0