“Kəpəz”ə qarşı “Rəvan”da yalnız bir cəzalı
15.02.2013 - 20:34
“Kəpəz”ə qarşı “Rəvan”da yalnız bir cəzalı
Sabah Topaz Premyer Liqasının XX turunda “Kəpəz”lə qarşılaşacaq “Rəvan” meydana itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, hazırlıqlarını dünəndən başa vuran “uçan aslanlar”ın baş məşqçisi Ramin Əliyev yalnız bir futbolçunun xidmətindən yararlana bilməyəcək.

Düzdür düşərgədə zədəli futbolçu yoxdur. Lakin ötən tur “Turan”la oyunda cari mövsüm 4-cü sarı vərəqəni alaraq cəzalı duruma düşən Şəhriyar Rəhimov komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Rəvan” – “Kəpəz” matçı “Dalğa Arena”da keçiriləcək. Oyun isə saat 15:00-da başlayacaq.

Mənbə: revanfc.az