“Mançester Yunayted” hər iki tərəfdə zirvədədir
15.02.2013 - 22:42
“Mançester Yunayted” hər iki tərəfdə zirvədədir
İngiltərə Premyer Liqasında 65 xalla lider olan və çempionluğun ən böyük namizədlərindən sayılan “Mançester Yunayted” son 6 ayda büdcəsinin gəlirini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın son 6 ayda qazancı 74 faiz artıb. Onların ümumi gəlirinin məbləği isə 22 milyon funt-sterliqdir.

Mançester təmsilçisinin yayım gəlirlərinin azalmasına baxmayaraq, “Nike” və “Aon” kimi sponsorlardan əldə etdiyi gəlir 26,4 faiz artaraq, 78.6 milyon funt-sterlinqə çatıb. Həmçinin ingilis klubunun yaxın gələcəkdə yeni bir sponsorla müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, “Mançester Yunayted” 2005-ci ildə amerikalı Qlazer ailəsi tərəfindən satın alınıb.