Konfederasiyalar Kubokunun mükafat fondu azaldıldı
15.02.2013 - 23:47
Konfederasiyalar Kubokunun mükafat fondu azaldıldı
FİFA Konfederasiyalar Kubokunun mükafat fondunu azaldıb. Apasport.az saytının məlumatına görə, bu il Braziliyada təşkil ediləcək turnirdə qaliblər 75 faiz məbləğ alacaq.

“Globoesporte”nin verdiyi məlumatda bildirilir ki, ali futbol qurumu sözügedən turnirdə qalib gələn komanda üçün təxminən 4 milyon dollar ayıracaq. İkinci yer üçün 3,5 milyon, üçüncü yerin sahibinə isə 2,5 milyon dollar veriləcək.

Qeyd edək ki, Konfederasiyalar Kubokunun oyunları DÇ-2014-də keçiriləcək stadionlarda oynanılacaq. Qarşılaşmalar isə iyunun 15-dən 30-dək davam edəcək.