Droqbanın debütü “Cim-Bom” üçün uğurlu oldu
16.02.2013 - 00:18
Türkiyə Superliqasında 22-ci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk matç günündə bir qarşılaşma baş tutub.
Açılış günündə son ölkə çempionu və hazırkı lider “Qalatasaray” səfərdə “Akhisar BS”nin qonağı olub. Çempionlar Liqasının 1/8 final mərhələsində “Şalke” ilə oyun öncəsi “Cim-Bom”u Manisada çətin sınaq gözləyirdi. Çünki autsayder turnir cədvəlinin zirzəmisindən çıxmağa çalışırdı.
Lakin “Qalatasaray” matçda inamlı çıxış edərək rəqibini məğlub etməyi bacarıb. Fasiləyə qədər hesabı aça bilməyən qonaqlar, istəyinə ikinci yarıda nail olub. Baş məşqçi Fatih Tərim yeni transfer Didye Droqbanı digər hücumçusu Umut Bulutla əvəzləyərək, nə qədər doğru bir iş gördüyünü bir daha anlayıb. Belə ki, Fil Dişi Sahili milli komandasının üzvü debüt oyununda meydana daxil olan kimi qolla tanış olub. 68-ci dəqiqədə hesabı açan Droqba, qoldan 2 dəqiqə sonra Burak Yılmaza da fərqlənməyə şərait yaradıb.
Lakin İstanbul klubu 85-ci dəqiqədə qapısından bir qol buraxıb. Bu top meydan sahiblərinə təsəllidən başqa bir şey olmayıb – 1:2.
Beləliklə, “Qalatasaray” “Şalke” ilə çətin oyun öncəsi Superliqasında 3 xala sevinib.
Türkiyə Superliqası
22-ci tur
15 fevral
“Akhisar BS” – “Qalatasaray” – 1:2
Vardar, 85 – Droqba, 68, Burak, 70
16 fevral
“Əskişəhərspor” – “Kayserispor”
“Antalyaspor” – “Karabükspor”
“Beşiktaş” – “Qaziantepspor”
17 fevral
“Gənclərbirliyi” – “Mersin İdmanyurdu”
“Orduspor” – “İstanbul” BB
“Bursaspor” – “Elazığspor”
“Trabzonspor” – “Fənərbaxça”
18 fevral
“Kasımpaşa” – “Sivasspor”

0
0