“Bavariya”dan növbəti qələbə
16.02.2013 - 03:50
“Bavariya”dan növbəti qələbə
Almaniya Bundesliqasında 22-ci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk matç günündə bir görüş baş tutub.

Çempionatın lideri “Bavariya” səfərdə “Volfsburq”la üz-üzə gəlib. Ötən ilin gümüş mükafatçısı cari mövsümdə növbəti qələbəsini qazanıb.

Beləliklə, rəqibini 2 qolla üstələyən “Bavariya” xalını 57-yə çıxarıb və turnir cədvəlində vahid liderliyini davam etdirir.

Qeyd edək ki, Almaniya Bundesliqasında 22-ci turun digər oyunları bu gün və sabah keçiriləcək.


Almaniya Bundesliqası

22-ci tur

15 fevral

“Volfsburq” – “Bavariya” - 0:2
Mandzukiç, 36, Robben, 90

16 fevral

“Bayer” - “Ausburq”
“Fortuna” - “Qreuther Furs”
“Hamburq” – “Borussiya” (Münhenqladbax)
“Mayns” – “Şalke”
“Verder” - “Frayburq”
“Borussiya2 (Dortmund) - “Ayntraxt”

17 fevral

“Nurnberq” - “Hannover”
“Hoffenhaym” – “Ştuttqart”