“Sevilya” 3 xalı 3 qolla əldə etdi
16.02.2013 - 04:43
“Sevilya” 3 xalı 3 qolla əldə etdi
İspaniya La Liqasında 24-cü turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk matç günündə bir qarşılaşma ba. tutub/

“Sevilya” doğma azarkeşləri önündə “Deportivo” ilə üz-üzə gəlib. Matçda meydan sahibləri 3 xalı 3 qolla əldə edib. Həmçinin “Sevilya”nın vurduğu hər 3 qol, elə ilk hissədə reallaşıb. Qonaqlar bu toplardan yalnız birinin əvəzini çıxa biliblər. “Deportivo”nun yeganə qolu da elə bu hissəyə təsadüf edib – 3:1.

Qeyd edək ki, İspaniya La Liqasında 24-cü turun digər oyunları bu gün və sabah keçiriləcək.


İspaniya La Liqası

24-cü tur

15 fevral

“Sevilya” – “Deportivo” – 3:1
Rakitiç, 6, Medel, 28; 40 – Riki, 32

16 fevral

“Qetafe” – “Selta”
“Malaqa” – “Atletik”
“Qranada” – “Barselona”
“Osasuna” – “Saraqoza”

17 fevral

”Real Socyedad” – “Levante”
“Valensiya” – “Malyorka”
“Valyadolid” – “Atletiko”
“Espanyol” – “Betis”
“Real” – “Rayo Vallekano”