Droqba “Qalatasaray”ın ənənəsini davam etdirib
16.02.2013 - 05:45
“Qalatasaray”ın yeni transferi Didye Droqba ilk matçında qol vuraraq “Cim-Bom”un ənənəsini davam etdirib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin 1996-cı ildən bu yana bir çox yeni transferləri debüt oyununda fərqlənməyi bacarıb.
1996-cı ildə Fatih Terimin rəhbərlik etdiyi “Qalatasaray” Georgi Hacini transfer edib. Rumıniyalı futbolçu ilk matçında “Vanspor”un qapısından 2 qol keçirərək yeni komandasına qələbə qazandırıb – 2:1.
2002-2003-cü il mövsümündə Felipe debüt oyununda “Samsunspor”a penaltidən 1, eyni ildə Haim Revivo “Bursaspor”a 3, 2005-2006-cı il mövsümündə Saşa İliç 2, 2007-2008-ci il mövsümündə Linkoln “Çaykur Rizəspor”a 1, 2008-2009-cu il mövsümündə Harri Kyuell “Kayserispor”a (TFF Super Kuboku) 1, 2009-2010-cu il mövsümündə Elano Blumer “Kayserispor”a 1 qol vurmağı bacarıb.
Qeyd edək ki, Fil Dişi Sahili milli komandasının hücumçusu “Akhisar BS” ilə qarşılaşmanın 63-cü dəqiqəsində Umut Bulutun əvəzinə meydana daxil olub. Droqba oyuna girdikdən 5 dəqiqə sonra rəqibi cəzalandırıb. Həmçinin o, 3 dəqiq zərbə, 1 də Burak Yılmazın fərqlənməsinə şərait yaradıb.

0
0