Məlikovla İsayevin komandalarının növbəti sınağı
16.02.2013 - 07:05
Azərbaycanlı futbolçular Rail Məlikovla Arif İsayevin şərəfini qoruduqları “Dənizlispor” bu gün növbəti oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin komandası Türkiyə PTT 1-ci liqasının 22-ci turunda səfərdə “Göztəpə”nin qonağı olacaq.
Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu qarşılaşmada Məlikov cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək. Dənizli təmsilçisinə qış transfer dövrəsində keçən İsayevin isə meydana çıxması sual altındadır. Çünki zədəli olduğu üçün bir müddətdir formasından uzaq qalan Arifə baş məşqçi Səlahəttin Dərvəntin şans verməsi maraqla gözlənilir.
Qeyd edək ki, “Dənizlispor” Türkiyə PTT 1-ci liqasında 21 oyundan 24 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Həmyerlilərimizin komandasından 3 xal az olan “Göztəpə” isə 16-cı sıradadır.

0
0