FİLA-da gözlənilən istefa: Rafael Martinetti vəzifəsindən çıxarıldı
16.02.2013 - 11:28
FİLA-da gözlənilən istefa: Rafael Martinetti vəzifəsindən çıxarıldı
Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinettinin istefası reallaşıb. Apasport.az saytının məlumatına görə, qurumun Bürosu istefası ilə bağlı məsələsini qaldırdığı prezidentin postundan gedişinə nail olub. Rusiya İdman Güləşi Federasiyalarının prezidenti Mixail Mamiaşvili Martinettinin istefaya göndərildiyini bildirib: “FİLA-nın Bürosu bu gün keçirdiyi iclasında Rafael Martinnettiyə etimadsızlıqla bağlı qərar qəbul edib. Bununla da o, istefaya göndərili. Martinetti gedişinə Büro üzvlərinin çoxu səs verib. Yeni prezidentin adı bu axşam məlum olacaq”.

FİLA-nın Bürosunda 22 şəxs yer alıb. Onlardan biri Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevdir. Hazırda Büro iclasında Əliyev də iştirak edir.

Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsi 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına salınan 25 əsas idman növü arasında güləşin dəstəklənməməsi barədə qərar qəbul edib. Güləş növü mövqeyini qorumaq üçün 7 idman növü – beysbol (softbol), karate, rolikli idman, skvoş, idman qayayadırmanması, veykbordinq və uşu ilə mübarizədən qalib ayrılmalıdır. Bu növlərin təqdimatı mayda İOC İcraiyyə Komitəsinin Rusiyanın Sankt-Peterburq şəhərindəki iclasında olacaq.

Yekun qərar isə sentyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək İOC-un sessiyasında veriləcək.

Qeyd edək ki, Martinetti 2002-ci ildən FİLA-ya rəhbərlik edirdi