Millinin futbolçusu homoseksualist olduğunu boyuna alıb karyerasını bitirdi
16.02.2013 - 12:33
Millinin futbolçusu homoseksualist olduğunu boyuna alıb karyerasını bitirdi
ABŞ milli komandasının futbolçusu Bobbi Rocers homoseksualist olduğunu etiraf edib. Apasport.az saytının məlumatına görə, yanvarda İngiltərənin “Lids” klubu ilə yollarını ayıran yarımmüdafiəçisi cinsi oriyentasiyasına görə 25 yaşında karyerasını bitirməyə qərar verdiyini bildirib.

Bununla da o, tarixdə “mavi” olduğunu boynuna alınan 3-cü futbolçu olub: “Mən həmişə başa düşürdüm ki, bunu sirr kimi saxlamaq çətin olacaq. Futbol mənim xilasım, məqsədim, təyinatım idi. İşdən ayrı qalmağın vaxtı gəlib. Mən futboldan kənarda işlə məşğul olmaq niyyətindəyəm”.