“Qəbələ”: Yubiley oyunda ilk qələbə üçün
16.02.2013 - 13:48
“Qəbələ” 2013-cü ildə ilk səfər oyununu Bakıda keçirəcək. Apasport.az saytının məlumatına görə, Ramiz Məmmədovun baş məşqçisi olduğu komanda Topaz Premyer Liqasının XX turunda “İnter”lə sabahkı oyunda daha bir ilki gerçəkləşdirməyə çalışacaq.
Belə ki, bu rəqiblə səfər oyunlarında qələbəsi olmayan “Qəbələ” Bakıda 3 xalla dönməklə siftə edəcək. Paytaxt təmsilçisinin meydanındakı əvvəlki 9 oyunda qonaqlar yalnız 3 heç-heçə ilə kifayətlənib. 6 matçda isə meydan sahibləri qalib gəlib. “İnter” öz meydanındakı qarşılaşmalarda top fərqində də öndədir – 22:6.
Yubiley – 10-cu səfər matçı həm də rəqiblər arasında ümumilikdə 20-ci qarşılaşma olacaq. Bu yubiley görüşünədək “Qəbələ” 4, “İnter” 9 qələbə qazanıb. Daha 6 dəfə isə bərabərlik qeydə alınıb. Rəqib qapısına 14 top vuran qəbələlilər 28-ni buraxıb.
Bu duellərdən 2-si kuboka təsadüf edib və hər komanda 1 qələbə əldə edib. Çempionatda isə “İnter”in 8, “Qəbələ”nin 3 qələbəsi var. 6 dəfə bərabərliklə ayrılan rəqiblərin matçlarında bakılılar 23 qol vurub. “Qəbələ” isə Premyer Liqada rəqib qapısına 12 dəfə yol tapıb.
Mənbə: gabalafc.az

2006/07 | 05.08.2006 | Premyer Liqa | Gilan (Qəbələ) - İnter (Bakı) | 0:0 |
2006/07 | 12.02.2007 | Premyer Liqa | İnter (Bakı) - Gilan (Qəbələ) | 2:0 |
2007/08 | 02.12.2007 | Premyer Liqa | Qəbələ - İnter (Bakı) | 2:1 |
2007/08 | 28.05.2008 | Premyer Liqa | İnter (Bakı) - Qəbələ | 4:0 |
2008/09 | 30.08.2008 | Premyer Liqa | İnter (Bakı) - Qəbələ | 1:1 |
2008/09 | 07.03.2009 | Premyer Liqa | Qəbələ - İnter (Bakı) | 0:1 |
2008/09 | 29.04.2009 | Azərbaycan kuboku | İnter (Bakı) - Qəbələ | 5:0 |
2008/09 | 06.05.2009 | Azərbaycan kuboku | Qəbələ - İnter (Bakı) | 2:0 |
2009/10 | 26.09.2009 | Premyer Liqa | İnter (Bakı) - Qəbələ | 3:2 |
2009/10 | 24.12.2009 | Premyer Liqa | Qəbələ - İnter (Bakı) | 0:1 |
2009/10 | 10.04.2010 | Premyer Liqa | Qəbələ - İnter (Bakı) | 1:1 |
2009/10 | 15.05.2010 | Premyer Liqa | İnter (Bakı) - Qəbələ | 4:1 |
2010/11 | 19.09.2010 | Premyer Liqa | Qəbələ - İnter (Bakı) | 0:1 |
2010/11 | 13.11.2010 | Premyer Liqa | İnter (Bakı) - Qəbələ | 0:0 |
2011/12 | 23.10.2011 | Premyer Liqa | İnter (Bakı) - Qəbələ | 1:1 |
2011/12 | 11.12.2011 | Premyer Liqa | Qəbələ - İnter (Bakı) | 0:0 |
2011/12 | 24.03.2012 | Premyer Liqa | Qəbələ - İnter (Bakı) | 2:1 |
2011/12 | 22.04.2012 | Premyer Liqa | İnter (Bakı) - Qəbələ | 2:1 |
2012/13 | 10.08.2012 | Premyer Liqa | Qəbələ - İnter (Bakı) | 1:0 |
Mənbə: gabalafc.az
0
0