“Turan” xorvatiyalı futbolçunu heyətinə cəlb etdi
16.02.2013 - 14:33
“Turan” xorvatiyalı futbolçu Antonio Rukavinanı heyətinə cəlb edib. Bu haqda apasport.az saytına məlumat verən məlumat verən komandanın baş məşqçisi Əfqan Talıbov 28 yaşlı legionerin uzun müddətdən sonra düşərgəyə qayıtdığını bildirib.
Belə ki, tovuzluların qış fasiləsində özünə yeni klub tapmağına yaratdığı legionerlərdən Antonio dönməyə qərar verib. Talıbov dayaq yarımmüdafiəçisi ilə bağlı problemlərinin olduğunu bildirib: “Rukavina da bu mövqedə oynayır. O, işinə peşəkar münasibət göstərir. Bu müddətdə Xorvatiyada klub axtarışda olan futbolçu görünür, istəyinə çatmayaraq, “Turan”a qayıtmağı üstün tutub. O, müqavilə ilə bizə məxsusdur və adı iştirak ərizəmizdə var. Buna görə də xidmətindən istifadə edə bilərik”.
Talıbovun sözlərinə görə, Rukavinanın nə vaxt meydana çıxacağını hələ müəyyənləşdirməyiblər: “Xəzər Lənkəran”la sabahkı oyunda fiziki hazırlıqdan çox şey asılı olacaq. Böyük qüvvə ilə hücum edən belə rəqibə qarşı böyük sərf etmək lazım gələcək. Antonio artıq məşqlərimizdə iştirak edirik və fiziki durumuna baxıb, oynamağı ilə bağlı qərarımızı verəcəyik. Bizdə Rukavina kimi başqa legionerlərin - Ender Günlü, Salif Ballo ilə də müqavilə cari mövsümün sonuna kimidir. Onlara əlavə şans verə bilərik. İnşallah, maddi vəziyyətimiz yaxşılaşarsa, mayda anlaşması bitən futbolçularımızla yeni müqavilənin imzalanmağına çalışacağıq”.
Mehman SÜLEYMANOV

0
0