İqor Ponomaryov Bakıda
16.02.2013 - 15:15
İqor Ponomaryov Bakıda
Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryov Vətənə dönüb. Apasport.az saytının məlumatına görə, 53 yaşlı mütəxəssis Topaz Premyer Liqasının XX turunda keçirilən “Bakı” – AZAL oyununu stadionundan izləyir. Uzun illərdir İsveçdə yaşayan Ponomaryov yenidən ölkəsinə baş çəkib və çempionatlarımızın oyunlarını seyr edəcək.

Qeyd edək ki, futbolda yeganə Olimpiya çempionumuz olan Ponomaryov vətənində milli ilə yanaşı, “Qarabağ” və “Xəzər Lənkəran”ı çalışdırıb.