Mahmud Qurbanov: Rəhbərliklə istefa barəsində danışmaq istəyirəm
16.02.2013 - 17:59
“Rəqib bizdən üstün idi. “Rəvan” oyunda daha çox qol epizodu yaratdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.
Gəncə klubunun 40 yaşlı çalışdırıcısı Toapz Premyer Liqasının XX turunda bu gün evdə 0:2 hesabı ilə uduzduqları “Rəvan”la oyunda futbolçuların xarakter göstərmədiklərindən narazı qalıb: “Xaraktersiz futbolçularla heç nəyə nail olmaq olmaz. Rəhbərliklə istefa barəsində danışmaq istəyirəm. Məğlubiyyət heç kimi qane etmir, məni də həmçinin”.
Qeyd edək ki, Qurbanov ötən yay futbolçu karyerasını bitirərək, məşqçilikdə debütünü Gəncədə edib.

0
0