“İki autsayderin oyunu olsa da, maraqlı matç izlədik”
16.02.2013 - 18:09
“İki autsayderin oyunu olsa da, maraqlı matç izlədik”
“Turnir cədvəlinə baxdıqda iki autsayderin oyunu olsa da, maraqlı qarşılaşma izlədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Ramil Əliyev deyib.

Gənc çalışdırıcı Topaz Premyer Liqasının XX turunda bu gün “Kəpəz”ə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri matçda həm topa, həm də oyuna nəzarət etdiklərini bildirib: “Bu da hesabda öz əksini tapdı. Futbolçuları və klub rəhbərliyini qələbə ilə təbrik edirəm. “Kəpəz” mübariz komandadır, rəqib komandaya bir az təcrübə çatmır”.