Qurban Qurbanov: Artıq bu qələbəni unudub irəliyə baxmalıyıq
16.02.2013 - 18:20
Qurban Qurbanov: Artıq bu qələbəni unudub irəliyə baxmalıyıq
“Vacib üç xal qazandıq. Buna qədər “Sumqayıt” “Bakı” ilə matçda çox yaxşı oynamışdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Onun komandası Topaz Premyer Liqasının XX turunda bu gün “Sumqayıt”a 3:0 hesabı ilə qalib gələrək turnir cədvəlində 2-ci pilləyə yüksəlib və “altılığ”a vəsiqəni rəsmiləşdirib.

Qurbanov ilk hissədə oyunlarının istədikləri kimi alındığını bildirib: “İki qoldan sonra isə komanda daha rahat oynadı. Artıq bu qələbəni unudub irəlidəki oyunlara baxmalıyıq”.