“Heç bir təhlükəli epizod yarada bilmədik”
16.02.2013 - 18:25
“Heç bir təhlükəli epizod yarada bilmədik”
“Sumqayıt”ın baş məşqçisi Bernhard Raab Topaz Premyer Liqasının XX turunda “Qarabağ”a bu gün 0:3 hesabı ilə uduzduqları matçda komandasından çox narazı qalıb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis rəqibin layiqli qələbə qazandığını bildirib.

Onun sözlərinə görə, matçda hücum qurmaqda çətinliklər çəkiblər: “Heç bir təhlükəli epizod yarada bilmədik. Rəqib komanda isə qələbəyə layiq idi. “Qarabağ” oyuna nəzarət edirdi”.