İsayev 9 dəqiqə oynadı, “4” aldı
17.02.2013 - 13:02
Türkiyə çempionatının I liqasında XXII tura start verilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçuların çıxış etdiyi “Dənizlispor” səfərdə “Göztəpə” ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. Rail Məlikovun cəza üzündən buraxdığı matçda digər həmyerlimiz Arif İsayev iştirak edib. O, yalnız matçın 81-ci dəqiqəsində meydana daxil olub. Türkiyə mətbuatı 9 dəqiqə oynayan yarımmüdafiəçinin oyununu 4 balla qiymətləndirib.
Bu heç-heçədən sonra xal hesabını 25-ə çatdıran “Dənizlispor” 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.

0
0