“Altılıq” müəyyənləşdi
17.02.2013 - 13:36
“Altılıq” müəyyənləşdi
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici komandaları arasında Azərbaycan çempionatında ilk “altılığ”a vəsiqələrin sahiblərinin hamısı müəyyənləşib.
XX turun qarşılaşmalarından sonra “Bakı”, “Simurq”, “İnter”, “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin mükafatlar uğrunda mübarizə aparacağı dəqiqləşib. Bu komandalar sona 2 tur qalmış 1-6-cı yerlər yer uğrunda mübarizə aparacaq “altılıq”da yerlərini təmin edib. İlk 4 komanda hələ tur öncəsi buna nail olmuşdusa, “Qarabağ”la “Qəbələ” XX turda bunu rəsmiləşdirdi.
Qeyd edək ki, digər 6 komanda 7-12-ci yerlər uğrunda mübarizə aparacaq.