Tarixdə görünməmiş hadisə
17.02.2013 - 15:15
Argentina milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi tarixi nailiyyətə imza atıb. Apasport.az saytının məlumatına görə, superulduz Kataloniya təmsilçisinin tarixində heç kimin bacarmadığını gerçəkləşdirib.
Belə ki, Primeranın “Qranada” ilə (2:1) qarşılaşmasında 2 qol vuran Messi “Barselona”dakı ümumi qollarının sayını əvvəl 300-ə çatdırıb, sonra isə 301-ci dəfə fərqlənib. Bununla da o, klubda 300 qol səddini arxada qoyan ilk futbolçu olub.
Qeyd edək ki, Messi qollarının 37-ni cari mövsümdə vurub.

0
0