Kaxaber Sxadadze: Bəzi futbolçular oyuna tam hazır deyildi
17.02.2013 - 17:30
“Çempionatın hər qarşılaşması final kimidir. Bəzi futbolçular oyuna tam hazır deyildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XX turunun “Qəbələ” ilə oyunundakı çətin qələbə (2:1) haqda fikirlərini açıqlayıb: “Arif Daşdəmirov toplanışda başdan sonadək iştirak edə bilməsə də bu gün 90 dəqiqə meydanda mübarizə apardı. İlk qoldan sonra pis oynadıq, “Qəbələ”nin futbolçuları fərdi cəhətdən bizim müdafiəçiləri üstələdi. İkinci qolu vurduqdan sonra isə müdafiəyə çəkilib rəqibin boşluqlarından istifadə etməyə çalışdıq. Bütün oyunlara həm fiziki, həm də psixoloji hazır olmalıyıq”.

0
0