“Futbolçularımızın gücü çatmadı”
17.02.2013 - 18:29
“Futbolçularımızın gücü çatmadı”
“Bilirdik ki, “Xəzər Lənkəran” standart vəziyyətlərdən yaxşı oynayır. Bu üzdən belə vəziyyətlərdə diqqətli olmağı yetirmələrimə tapşırmışdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan”ın baş məşqçisi Əfqan Talıbov deyib.

O, Topaz Premyer Liqasının XX turunun oyununda “Xəzər Lənkəran”dan alınan 2:4 hesablı məğlubiyyətə şərh verib: “Lakin yenə qolların çoxunu belə vəziyyətlərdən buraxdıq. Komandamız buraxılan 2-ci qoldan sonra özünə gələ bildi. Lakin hesab 3:2 olandan sonra futbolçularımızın gücü çatmadı. Bu da heyətdə olan dəyişikliklərlə balıdır. Yeni gələnlər təcrübəsi olduğundan istədiyimiz kimi nəticə əldə etmədik”.