“Neftçi”ni Türkiyəyə göndərdilər
18.02.2013 - 10:29
“Neftçi”ni Türkiyəyə göndərdilər
Ukrayna mətbuatı Azərbaycan çempionu “Neftçi” ilə bağlı yanlışlığa yol verib. Apasport.az saytının məlumatına görə, həmkarlarımız bakılıların Türkiyədə yoxlama oyunu keçirəcəyini iddia edir.

Onlar Antalyaya təlim-məşq toplanışına yollanan “Neftyanik” (Axtırka) klubunun hazırlıq planını açıqlayıb. Həmin plana əsasən Ukrayna təmsilçisi fevralın 22-də Azərbaycan “Neftçi”si ilə oynayacaq. Hərçənd paytaxt təmsilçisi Bakıdan kənara çıxmaq niyyətində deyil və fevralın 23-də “İnter”lə çox vacib derbiyə çıxacaq

Qeyd edək ki, ötən ay rusiyalılar da oxşar xətaya yol vermişdi. Onlar Özbəkistan “Neftçi”si ilə təmsilçimizi səhv salmışdı.
0