“Azərbaycan klubu ilə anlaşa bilmədik”
18.02.2013 - 11:57
Bolqarıstanlı mütəxəssis Milen Radukanov Azərbaycandan təklif alıb. Apasport.az saytının məlumatına görə, 2010/11 mövsümündə Sofiyanın MOİK, ötən mövsüm isə “Botev”i çalışdıran 41 yaşlı məşqçi işsizliyə ölkəmizdə son qoymağa yaxın olub. Lakin onun klublarımızdan birinin “sükanı arxasına” keçidi baş tutmayıb.
Bunu zəngin futbolçu karyerası ilə öyünən gənc çalışdırıcının özü açıqlayıb: “Botev”dən ayrılandan sonra Bolqarıstan klublarından birindən təklif almışdım. Bundan başqa, ölkə xaricində çalışmaq variantı da var idi. Azərbaycan komandalarından biri ilə danışıqlarımız oldu. Lakin ortaq məxrəcə gələ bilmədik”.
Qeyd edək ki, Radukanov milli ilə yanaşı, “Levski”, “Lokomotiv” və MOİK kimi tanınmış klublarda oynayıb. Bundan başqa, Rumıniya və Yunanıstanda legioner həyatı yaşayıb.

0
0