“Altılıq” haqq-hesabı: 243 variant!
18.02.2013 - 13:51
Həftəsonu Topaz Premyer Liqasının XXI turunun oyunlarından sonra “altılığ”a daha bir vəsiqənin sahibi rəsmiləşə bilər. Apasport.az saytının məlumatına görə, “İnter”, “Simurq”, “Neftçi” və “Qarabağ”a qoşulacaq 5-ci komanda bu turda müəyyənləşsə, son vəsiqə XXII tura qalacaq.
Lakin hər 2 vəsiqənin son tura qalması da istisna deyil. Bu, qarşıdakı turun nəticələrindən asılıdır. XXI turun həftəsonu baş tutacaq matçlarına gəlincə, yalnız “Neftçi” – “İnter” qarşılaşması vəsiqə bölünməsinə təsir etmir.
Digər 5 qarşılaşmada ümumilikdə 243 variant, yəni 35 qeydə alına bilər. Lakin əsas diqqət “Qəbələ” – “Xəzər Lənkəran” və “Simurq” – “Bakı” matçlarına yönələcək. Bu 2 qarşılaşma üçünsə 9 multi-variant mümkündü. Ona görə multi-variant ki, “doqquz”luğ hər birində digər 3 qarşılaşma ilə bağlı 27 variant var.
Zaqatala və Qəbələdəki 9 mümkün nəticənin 4-də (yəni 44 faiz) “Qəbələ”, 1-də (yəni 11 faiz) “Xəzər Lənkəran” vəsiqəni təmin edəcək. “Bakı” isə ən yaxşı halda, son turda bunu bacaracaq. Digər 4 halda, hər 2 vəsiqə son tura qalacaq.
Həmin 3 oyun isə “Sumqayıt” – “Turan”, AZAL – “Kəpəz” və “Rəvan” – “Qarabağ” matçıdır. Qələbə qazanmağa məcbur olan “Sumqayıt”la “Rəvan” bu turda qalib gəlsə də, nəzəri şanslarını itirə bilər. Bu 2 komanda yalnız o halda son tura şanslı başlayar ki, 3 şərt ödənsin: “Qəbələ” qalib gəlsin, “Simurq” uduzmasın və...
“Sumqayıt” AZAL-ın məğlubiyyətini və üstəlik, “Rəvan”ın da xal itkisini gözləməlidir. Sonuncular isə AZAL-ın qalib gəlməməsinə ümid etməlidir.
AZAL isə son tur ərəfəsində şanslarını itirməmək üçün uduzmamalıdır. Heç-heçə edəcəyi halda 2 şərtdən asılı olacaq: “Qəbələ” qalib gəlsin, “Simurq” uduzmasın. AZAL-ın qələbəsi yalnız 2 halda yetərli olmayacaq: “Qəbələ” uduzmasa və “Bakı” qalib gəlsə, son tur “təyyarəçilər” üçün də əhəmiyyətsiz olacaq.

Qəbələ - Xəzər Lənkəran (meydan sahiblərinin qazanacağı xal) | Simurq – Bakı (meydan sahiblərinin qazanacağı xal) | Qəbələ | XL | Bakı | Son tura nəzəri şans qalması üçün |
3 | 3 | 32 | 27 | 29 | AZAL uduzmasa; AZAL uduzacağı, “Rəvan” xa itirəcəyi halda “Sumqayıt” qalib gəlsə; AZAL udmayacağı halda “Rəvan” qalib gəlsə |
3 | 1 | 32 | 27 | 27 | AZAL uduzmasa; AZAL uduzacağı, “Rəvan” xa itirəcəyi halda “Sumqayıt” qalib gəlsə; AZAL udmayacağı halda “Rəvan” qalib gəlsə |
3 | 0 | 32 | 27 | 26 | - |
1 | 3 | 30 | 28 | 29 | AZAL qalib gəlsə |
1 | 1 | 30 | 28 | 27 | AZAL qalib gəlsə |
1 | 0 | 30 | 28 | 26 | AZAL qalib gəlsə |
0 | 3 | 29 | 30 | 29 | AZAL qalib gəlsə |
0 | 1 | 29 | 30 | 27 | AZAL qalib gəlsə |
0 | 0 | 29 | 30 | 26 | AZAL qalib gəlsə |

0
0